KOBİA: Halal sənayesi davamlı istehsal və istehlakın inkişafına kömək edir
Halal məhsulları dayanıqlı istehsal və istehlakın inkişafında xüsusi rol oynayır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Özəl Tərəfdaşlığı və Potensialın Artırılması şöbəsinin rəhbəri Anar Yusifzadə Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
O, müasir dünyanın istehsal və istehlak arasında tarazlıq problemi ilə üzləşdiyini qeyd edib: "Biz istehlakın istehsalı üstələdiyi bir dövrdə yaşayırıq. Bu gün istehsal həcmləri artsa da, bir çox insan aclıqdan əziyyət çəkir. Buna baxmayaraq, istehlak səviyyəsi həddindən artıq yüksək olaraq qalır ki, bu da resursların tükənməsinə gətirib çıxarır. Biz resurslardan səmərəli istifadəyə üstünlük verməliyik, çünki bu, iqtisadi artım, ətraf mühitin qorunması və iqtisadi tarazlığın saxlanması üçün kritik əhəmiyyət kəsb edir".
Qeyd edək ki, Bakıda keçirilən forum davamlı inkişaf və məsuliyyətli istehlakla bağlı qlobal çağırışlar kontekstində halal sənayesinin əhəmiyyətinə diqqət çəkir.
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir. Bunu...