ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 milyard 919,4 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
BAKU.WS Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Təkcə oktyabrda isə ARDNF-in valyuta satışının məbləği 174,4 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 13,9 % azdır.
Bu il ARDNF-dən dövlət büdcəsinə transfert 12 milyard 781 milyon manat təşkil etməlidir. 10 ay ərzində bunun 10 milyard 650,8 milyon manatı təmin olunmalı idi. Hesabat dövründə Fondun valyuta satışından əldə etdiyi vəsait isə bundan təxminən 587,8 milyon manat az - 10 milyard 63 milyon manat olub.
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir. Bunu...