2025-ci ildə nə qədər insanın maaş və pensiyasının artacağı məlum oldu

2025-ci ildə nə qədər insanın maaş və pensiyasının artacağı məlum oldu
Açıqlama
İqtisadiyyat 5670

2025-ci ilin dövlət büdcə layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Bu, ölkə başçısı İlham Əliyev tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

BAKU.WS-in məlumatına görə, Milli Məclisdə qəbul edilən büdcənin son versiyasında gəlir və xərclərdə 40 milyon manat artım nəzərdə tutulub. Eyni zamanda müdafiə və sosial məsələlərin həlli üçün əlavə 169 milyon xrc artımı da qeydə alınıb.

Bütövlükdə büdcənin xərcləri 41,4 milyard manat olacaq. Növbəti il dövlət büdcəsindən sosial istiqamətə 17 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub.

Dövlət büdcəsindən ayrılan vəsait nə qədər insanı əhatə edəcək? Maaş, pensiya və təqüdlərdə ne faiz artımların olacağı gözlənilir?

Bu suallara cavab tapmaq üçün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramova müraciət etdik. Millət vəkili BAKU.WS-ə bildirdi ki, sosial paket 3 milyon vətəndaşı əhatə edəcək:

"Sosial paket minimum əmək haqqı, minimum pensiya, müavinət, təqaüd və sosial yardımların artırılmasına imkan verəcək. Yaxın günlərdə sosial paketin elementləri ilə bağlı məlumat ictimaiyyətə açıqlanacaq. Minimum əmək haqqı və pensiyalarla bağlı artımlar 2025-ci ildən qüvvəyə minəcək.

Bütün növ əmək pensiyaları, o cümlədən yaşa görə əmək pensiyası, valideyn itirməyə görə əmək pensiyası və əlilliyə görə əmək pensiyası 2024-ci ildə orta əmək haqqındakı artım faizinə uyğun olaraq indeksləşdirilməsi və artırılması nəzərdə tutulub. Bu da təqribən 1,1 milyon vətəndaşı əhatə edəcək. Bununla bağlı yarım milyard vəsaitin büdcədən ayrılması planlaşdırılıb.

Minimum əmək haqqının artırılması 700 mindən çox vətəndaşı əhatə edəcək. Bu, yalnız minimum əmək haqqı alan vətəndaşlar deyil, vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan dövlət idarələrində çalışanların maaşlarına da təsir göstərəcək

9 aylıq yakunlarda orta aylıq əmək haqqı 8 faiz artmışdısa, 10 aylıq yekunlarda artım 7,8 faiz təşkil edib. İlin sonunda elan ediləcək rəsmi rəqəmə uyğun olaraq indeskləşmə həyata keçiriləcək. Gözlənilir ki, illik orta aylıq əmək haqqındakı yekun rəqəm 2025-ci il yanvarın sonu və ya fevralın əvvələrində elan olunacaq".

Orxan Hüseyn

Son xəbərlər