ABŞ-də təyyarə qəzası nəticəsində ölənlərin sayı 30-u keçib

ABŞ-də təyyarə qəzası nəticəsində ölənlərin sayı 30-u keçib
Video
Dünya 477

Vaşinqtonda hərbi helikopterlə sərnişin təyyarəsinin toqquşması nəticəsində 30-dan çox insan həlak olub.

Bu barədə xilasetmə işlərinin gedişatı ilə tanış olan iki mənbə "NBC Washington" telekanalına məlumat verib.

Məlumata görə, ölənlərin meyiti təyyarənin düşdüyü Potomak çayından çıxarılıb.

***09:16

Hərbi helikopterlə toqquşan sərnişin təyyarəsinin düşdüyü Vaşinqtondakı çaydan 19 nəfərin meyiti çıxarılıb.

Bu barədə BNO portalı polisə istinadən məlumat yayıb.

***08:44

Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi "Blackhawk" helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.

Bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.

"NBC News"un məlumatına görə, qəzaya uğrayan təyyarədə azı 4 nəfər sağ qalıb, onlar xəstəxanaya aparılıb.

"Reuters" isə helikopterdə üç hərbçinin olduğunu bildirib.

FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə görə, baş verən hadisədə terror əlaməti yoxdur.

NBC telekanalına ABŞ Federal Təhqiqatlar Bürosunun yerli ofisindəki yüksək vəzifəli mənbə bildirib ki, Vaşinqton yaxınlığındakı təyyarə qəzasında kriminal və terror təşkilatlarının əli yoxdur.

Son xəbərlər