Ukrayna Prezidenti azərbaycanlını yeni vəzifəyə TƏYİN ETDİ
Ukraynada yaşayan əslən azərbaycanlı Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müvafiq sərəncam imzalayıb.
Teymur Tkaçenko bu vəzifəyə qədər Ukrayna strateji sənayelər nazirinin müavini və Ukrayna ərazi və regional inkişaf nazirinin müavini olub.
O, Kiyev şəhərində anadan olub, burada da boya-başa çatıb.
Qeyd edək ki, Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi, əslən Azərbaycanın Şəmkir rayonundan olan mərhum Firudin Məmmədovun oğludur.
Qalereya
Oxşar xəbərlər
Qəzzada həlak olan jurnalistlərin sayı 220-yə çatdı
Fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi İsrailin hava hücumu nəticəsində Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsində öldürülüb. Bu had...