Türkiyədə məşhur geoloqun xəbərdarlıq etdiyi bölgədə zəlzələ baş verdi: Əhali təşvişə düşdü

Türkiyədə məşhur geoloqun xəbərdarlıq etdiyi bölgədə zəlzələ baş verdi: Əhali təşvişə düşdü
Dünya 80

Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda 4.5 bal gücündə zəlzələ olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, saat 14:50-də baş verən zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ Vanda və digər ətraf bölgələrdə hiss olunub. Əhali təşvişə düşərək küçəyə çıxıb.

Qeyd edilir ki, Türkiyənin tanınmış geoloqu Naci Görür daha əvvəl apardığı qiymətləndirmələr zamanı Bitlisin yerləşdiyi bölgə ilə bağlı xəbərdarlıq edibmiş.

"Dinamit çəlləkləri üzərində oturan şəhərlər var", - deyə geoloq əraziyə dair fikrini bildirib.

"O xəttin böyük zəlzələlər törətmə potensialı var. Adıyaman-Hakkari arasında, Ərəb platforması üzərində, yəni Bitlis, Urfa, Diyarbəkir, Cizre, Nusaybin, Batman və s. kimi şəhərlərdə zəlzələlər olarsa, mənim üçün böyük sürpriz olmaz. Gücünü və vaxtını bilmirəm", - deyə Naci Görür qeyd edib.

Oxşar xəbərlər

Son xəbərlər