Rusiyalı fanatları ilə görüşən Burak hər kəsi şoka saldı
Aktyor Burak Özçivit addımı ilə hər kəsi şoka salıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o Rusiyanın Soçi şəhərində fanatları ilə görüşüb.
Bu barədə "Söylemezsem Olmaz" proqramında bildirilib.
Aktyor Rusiyada böyük maraq və coşqu ilə qarşılanıb. Onun pərəstişkarları ilə yaxın və səmimi görüntüləri lentə alınıb.
Hətta Burak fanatlarından birinin yanağına sığal çəkərkən görüntülənib.
Kamerlara düşən başqa bir görüntüdə isə aktyorun başqa bir xanım pərəstişkarının sinəsinə baxdığı kadr əks olunub.
Görüntüləri görən proqramın aparıcısı Pınar Eliçe Burakın bu addımını qınayıb.
"Ailəsi olmasaydı, bunların heç birini danışmazdıq. "Subay kişidir" deyirdik. Amma burada bir ailəsi, arvad-uşağı var. Bu mənim başa düşə bilmədiyim bir şeydir. Bir qadın ərini necə belə təqdim edə bilər? Mən bunu başa düşə bilmirəm. Burak və Fahriyenin evliliyindən şübhələnirəm" - deyə, aparıcı bildirib.
Oxşar xəbərlər
İstanbulda Azərbaycan vətəndaşında 70 kq qızıl aşkarlanıb
İstanbulda polis əməkdaşları Azərbaycan vətəndaşında 70 kiloqram qızıl aşkar ediblər. "Report" xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti yazıb. Hadisə Sarıy...