Rus jurnalist oteldə ölü tapılıb

Rus jurnalist oteldə ölü tapılıb
Dünya 136

Rusiyalı jurnalist İnessa Papernaya Daşkənddə oteldə ölüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlunat yayıb.

Məlumata görə, jurnalist qız Lenta nəşri və Profile jurnalında işləyib.

O, Özbəkistana istirahətə gedibmiş. Jurnalist və yoldaşı otellərdən birində qalıb. Oktyabrın 20-si axşam saatlarında cütlüyə bir paket gəlib. Lakin heç biri otağın qapısını açmayıb. Bir müddət sonra qapının açılmasına qərar verilib. Otaqda Paperna və onun yoldaşının cəsədləri tapılıb.

İlkin məlumata görə, onların ölümünə səbəb havalandırma sisteminə daxil olan qaz olub. Hazırda otel möhürlənib və hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər