Dünyaca məşhur aktyor 2 uşağının anası olan 15 illik sevgilisi ilə evlənir
Məşhur kino ulduzu, 57 yaşlı Ceyson Steytem evlənir.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, aktyor 15 ilə yaxındır münasibətdə olduğu britaniyalı model Rozi Hantinqton-Uaytli ilə həyatını birləşdirir.
Cütlük artıq iki dəfə valideyn olub, lakin nikahı rəsmiləşdirməyə tələsməyiblər.
Məlumata görə, Ceyson indi nəhayət toy etməyi planlaşdırır.
Bildirilib ki, sevgililər birlikdə üçüncü uşaq haqqında düşünürlər. Bu, münasibətlərin rəsmiləşdirilməsinə səbəb olub.
Xatırladaq ki, cütlük 2010-cu ildə görüşməyə başlayıb. 6 ildən sonra aktyor sevgilisinə evlilik təklif etsə də, heç vaxt evlənməyiblər. Onların ilk övladı - Cek adlı oğlu və Ceyms adlı 1 qızı var.
Oxşar xəbərlər
Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırdı
Yaponiya Suriyaya 53 milyon dollar məbləğində maliyyə dəstəyi göstərəcək. BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildi...