Husilər İsraildəki hərbi hədəflərə raket zərbələri endirdiklərini açıqlayıblar
Yəmənin Ənsar Allah üsyançı hərəkatını İsraildəki hərbi hədəflərə "Qüds-5" qanadlı raket zərbələri endirib.
BAKU.WS xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
"Yəmən Silahlı Qüvvələri işğal olunmuş Fələstin ərazisindəki İsrailin hərbi hədəflərinə üç "Qüds-5" qanadlı raketi vuraraq əməliyyat həyata keçirib", Sariya Husilərə məxsus Əl Məsirə telekanalında deyib .
Hərəkatın sözçüsü həmçinin bildirib ki, husilər bir gün əvvəl İranın İsrailə raket hücumunu dəstəkləyib və düşməninə qarşı istənilən birgə hərbi əməliyyatda iştirak etməyə hazırdırlar.
Oxşar xəbərlər
HƏMAS İsraildəki terrora görə məsuliyyəti öz üzərinə götürüb
Fələstin HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. "Repo...