Gürcüstanda dövlət çevrilişi hazırlanır
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili jurnalistlərə bildirib ki, ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra dövlət çevrilişi hazırlayan qrup var.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Bütün əlamətlər çevrilişə hazırlaşan bir qruplaşmanın olduğunu göstərir.
Papuaşvili qeyd edib ki, dövlət çevrilişi daha əvvəl, 2020-ci ildə keçiriləcək parlament seçkilərindən sonra planlaşdırılıb.
Onun sözlərinə görə, bu dəfə üsyançılar qeyri-hökumət təşkilatlarının monitorinqinin köməyi ilə ölkədə iğtişaşlar üçün "yalançı səbəb" yaratmaq məqsədilə saxta seçki hesabatları hazırlamaq niyyətindədirlər.
"Hazırda hakimiyyətin antidemokratik yolla ələ keçirilməsinə hazırlıq gedir və yerli monitorinq təşkilatları bu işə cəlb olunub", - deyə spiker vurğulayıb.
Oxşar xəbərlər
Ancelinanın Akala ilə sevgili olduğu deyilsə də, əslində ...
Hollivud aktrisası Ancelina Colinin ingilis repçi Akala ilə eşq yaşadığı iddia edilmişdi. BAKU.WS xəbər verir ki, bu məlumatların yayılmasına səbəb cütlüyün so...