21 yaşında Fəxrəddin Manafovla Azərbaycan filmində erotik səhnəyə çəkilən ukraynalı aktrisa
Azərbaycan filmoqrafiyasında bəzi ekran işləri var ki, onlar senarisi, rejissor işi və güclü aktyor heyəti ilə yanaşı açıq-saçıq və erotik səhnələri ilə də bu günə qədər müzakirə mövzusudur. Bəzən filmdə bu səhnələr unudulmasa da, onu canlandıran aktyor və aktrisalar demək olar ki, heç xatırlanmır. Belə filmlərdən biri 1990-cı ildə ekranlaşdırılan "Gecə qatarında qətl"dir. Burada ukraynalı aktrisa Diana Malaya Xalq artisti Fəxrəddin Manafovla erotik səhnələri canlandırıb.
Diana ekran işində "Odessalı Marina" obrazına həyat verib. Bəs görəsən 21 yaşında filmdə öpüşmə və yataq səhnələrinə çəkilən aktrisa kimdir, haradadır?
BAKU.WS aktrisanına həyatına və karyerasına aid faktları təqdim edir:
Diana Malaya (Diana Leonidovna Malaya) 1969-cu il sentyabrın 29-da Ukraynanın cənub-qərbində yerləşən Vinnitsa vilayətinin Bar rayonunda doğulub.
1988-ci ildə Dnepropetrovsk Teatr Məktəbinin aktyorluq fakültəsini bitirib. Həmin ildən Odessa Akademik Ukrayna Musiqili Dram Teatrında çalışıb.
O karyerasına 1989-cu ildə başlayıb və 2015-ci ilə qədər 15 filmdə müxtəlif rollar ifa edib. Bunlar arasında dedektiv, komediya və triller janrlı ekran əsərləri var.
Diana Malaya "Bestalannaya", "Otak zaqinuv Quska", "Şelmenko-denşik", "Хreşeniy batko", "Uteşitel vivod", "İvanda-Mariya", "Generali v yubkax" kimi tamaşalarda oyanıb.
Aktrisanın filmoqrafiyasında "Deja vu", "Ubiystvo v noçom poezda", "Vozduşnıye Piratı", "Ne v denqax şaste", "Zdrastvuyte vam", "Likvidatsiya", "Odinokiy Anqel", "Saşka", "Pilyaj", "Vtoraya jizn" kimi ekran işləri var.
"Gecə qatarında qətl"in senari müəlliflərindən olan Əbdül Mahmudov filmdəki rus qızı Odessalı Mariya (Diana Malayeva) haqqında bunları söyləyib:
"Filmdəki rus qızı (Diana Malayeva) əslində erməni qızı olmalı idi. O, Kiyev İnstitutunu bitirmişdi, Odessa studiyasında çalışırdı. Təəssüf ki, bir neçə planları dəyişdirməyə məcbur oldum. İcazə vermədilər. Dedilər ki, mütləq dəyişdirilməlidir. Mən hətta dublyajda da müəyyən nüanslar saxlamışdım, diqqət çəkmək istəyirdim ki, o ermənidir. Onu da Moskvada çıxartdılar".
Diana 2017-ci ildən sonra heç bir ekran işində çəkilməyib. Sonuncu dəfə "Vtoroya jizn" filmində Nika obrazına həyat verib.
Hazırda 55 yaşı olan aktrisa Ukraynanın əməkdar artistidir. O Ukrayna Musiqili Dram Teatrında çalışır.
Oxşar xəbərlər
Qocalmanı ləngidən bitki tapıldı - Yapon alimlərin kəşfi
Yaponiyanın Meiji Universitetinin alimləri "Aphanothece sacrum" adlı yeyilə bilən yosunların dəri yaşlanmasının qarşısını ala biləcək xüsusi birləşmələr istehsa...