İqlim dəyişikliyi səbəbindən 30 milyon insan ÖLƏ BİLƏR

İqlim dəyişikliyi səbəbindən 30 milyon insan ÖLƏ BİLƏR
Digər 199

Elm adamları iqlim dəyişikliyi və hava çirkliliyinin təsirlərini araşdıraraq qorxulu mənzərə ortaya qoyublar.

BAKU.WS xəbər verir ki, Max Plank Kimya İnstitutunun mütəxəssislərinin apardığı araşdırmaya görə, bu iki amilin 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb ola biləcəyi proqnozlaşdırılır.

Araşdırma 2000-2090-cı illər arasındakı məlumatların 10 illik intervallarla analizinə əsaslanıb.

Tapıntılara görə, ölüm hallarının xüsusilə Cənub və Şərqi Asiyada daha çox olacağı gözlənilir. Regionun yaşlanan əhalisi və daimi hava çirkliliyi problemləri bu pessimist proqnozun əsas səbəbləri arasındadır.

Daha yüksək gəlirli bölgələr, o cümlədən Qərbi Avropa, Şimali Amerika, Avstralaziya və Asiya-Sakit Okean regionlarında isə həddindən artıq istilik səbəbli ölümlərin hava çirkliliyindən qaynaqlanan ölümləri üstələyəcəyi gözlənilir. Xüsusilə ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya və Yeni Zelandiyada bu meyl artıq müşahidə olunmağa başlayıb.

Birləşmiş Millətlərin dərc etdiyi son hesabat yüzyılın sonuna qədər qlobal temperaturun 3,1 dərəcə yüksələ biləcəyi barədə xəbərdarlıq edir. Bu artış "fəlakət ssenarisi" kimi qiymətləndirilir.

2000-ci ildə həddindən artıq isti və soyuq hava şəraiti səbəbindən hər il təxminən 1,6 milyon insan həyatını itiririb. Yüzyılın sonunda bu rəqəmin 10,8 milyona çatacağı gözlənilir ki, bu da təxminən yeddi qat artım deməkdir.

Mütəxəssislər bildirir ki, iqlim dəyişikliyi və hava çirkliliyi ilə mübarizədə daha güclü siyasətlər həyata keçirilməsə, bu cür ölüm hallarının qarşısını almaq mümkün olmayacaq.

Bu vəziyyət xüsusilə sıx əhalisi olan və aşağı gəlirli bölgələrdə yaşayan insanlar üçün böyük təhlükə yaradır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, lazımi tədbirlər görülməzsə, yalnız səhiyyə sahəsində deyil, həm də iqtisadi və sosial həyatda ağır nəticələrlə üzləşə bilərik.

Oxşar xəbərlər

Evdə qarışqalardan necə qurtulmaq olar?

Evdə qarışqalardan necə qurtulmaq olar?

Qarışqalar, evdə yayılmış zərərvericilərdən biridir və onların evə daxil olma səbəbləri əsasən qida qalıqları və su mənbəyidir. Milli.Az xəbər verir ki, onlarda...

143 Digər 23:59 22 noyabr 2024

Son xəbərlər