Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək
Digər 78

Azərbaycanın rayonlarında sentyabrın 21-i gündüzədək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq-Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Son xəbərlər