Ən ağıllı uşaqlar bu aylarda doğulub - SİYAHI
Elm adamları uşaqların doğum ayı ilə zəkası arasında mümkün əlaqəni araşdırıblar.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə hansı aylarda doğulan uşaqların intellekt potensialının daha yüksək olduğuna dair mühüm məlumatlar əldə edilib.
ABŞ-də 1 milyon şagirdin məlumatlarını araşdıran elm adamları sentyabr ayında doğulan şagirdlərin digər aylarda doğulanlara nisbətən məktəb performansında daha müvəffəqiyyətli olduğunu deyiblər.
Məlumata görə, bu şəxslər həm orta, həm də ali məktəb səviyyəsində yüksək qiymətlər alıblar.
Qeyd olunub ki, idman sahəsində uğur qazananların əksəriyyəti avqust ayında doğulub.
Xüsusilə futbol və basketbol kimi idman növlərində ulduz futbolçuların əksəriyyətinin avqust ayında dünyaya gəlib.
Bu araşdırmalar göstərir ki, doğum ayı təkcə bürclərə və doğum günlərinə deyil, həm də zəka, ömür kimi mühüm amillərə təsir edə bilər.
Oxşar xəbərlər
Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır - FAKTİKİ HAVA
Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağır. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 18-i saat 18:0...