SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda ona yol verməyən şəxsi döyən sürücünün şəxsiyyətinin müəyyənləşməsi və məsuliyyətə cəlb edilməsi üçün araşdırmalara başlanılıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülərlə bağlı araşdırma aparılması və tədbir görülməsi üçün raportla məruzə edib:

"Mənim tərəfimdən məlumat verilib, çox güman ki, nəticə ictimaiyyətə açıqlanacaq. Bu xoşəgələn hal deyil. Sürücülər təmkinli olmalı, bir-birinə hörmət etməli, kobudluq etməməlidirlər. Kimsə kiçik bir xəta etsə də, onun barəsində tədbirlər görülməsi üçün bizdə ən yüksək səviyyədə texniki vasitələr var".

Qeyd edək ki, aprelin 26-sı Qaraçuxur qəsəbəsi Zığ-Mədən yolunda qaydalar çərçivəsində hərəkət edən zaman arxadan "Mercedes" markalı 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edərək ondan yol istəyib. Qarşıdakı sürücünün yol vermədiyini görən "Mercedes"in sürücüsü səs siqnalı verərək onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşüb sürücünün yanına gələrək nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik sürücünün üzündən vuraraq hadisə yerindən qaçmağa başlayıb.

BAKU.WS
VİDEO