SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dayanmadan yağan güclü qar Ağsuda bir sıra ciddi fəsadlar törədib. Belə ki, 30-dək yaşayış məntəqəsi işıqsız qalıb. Hazırda rayonda enerjinin bərpası üçün ciddi işlər görülür. Qarın hündürlüyü dağətəyi ərazilərdə 20-22, dağlıq yerlərdə isə 30-33 santimetrə çatıb.

BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolayları adlanan 144-156-cı kilometrində, xüsusən dolaylardakı 14 sərt döngədə sürücülər üçün bəzi çətinliklər yaradıb. Əraziyə cəlb olunan texnikanın, o cümlədən qreyderin, duzsəpən və yük maşınlarının köməyi ilə səhər tezdən dolaylarda yolun təmizləməsinə başlanılıb.

Sürücülərə zərurət yaranmasa gediş-gəliş üçün Ağsu dolaylarından istifadə etməmək tövsiyə olunur. Əks təqdirdə avtomobillərin saz olmasına, qış rejimi üçün nəzərdə tutulan şinlərdən və ya şinlər üçün zəncirlərdən istifadə edilməsinə diqqət yetirmək məsləhət görülür.
 
BAKU.WS