SİZİN REKLAM BURADA!
055 213 76 73



Qala-Pirallahı avtomobil yolunun 3-cü km-də inşa olunan yerüstü piyada keçidinin aşırım hissəsinin montajı ilə əlaqədar olaraq aprel ayının 15-dən 16-na keçən gecədən səhər saat 6-dək avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən ərazidə məhdudlaşdırılacaq.
 
Bu barədə BAKU.WS-ə Azəravtoyol ASC-dən məlumat verilib. Məlumata görə, məhdudlaşdırma eyni saatlarda 16-dan 17-nə keçən gecə də tətbiq olunacaq. Sürücülər alternativ olaraq Zığ-Türkan-Qala avtomobil yolundan istifadə edə bilərlər.
 
BAKU.WS