Bakıda taksi sürücüsünü saxlatmağa çalışan yol polisi maşını qəza şəraiti yaradıb.
 
BAKU.WS-in məlumatına görə, Bakı-Sumqayıt yolunda qeydə alınan görüntülərdə polis maşınının manevrləri əks olunub. Polisin "tabe ol" əmrindən boyun qaçıran taksi sürücüsü sürət yığaraq uzaqlaşmağa çalışıb. Ancaq yol polisi maşını buna imkan verməyib.
 
Təhlükəli anların yer aldığı görüntülərdə polis maşınının taksinin üzərinə sürdüyü açıq-aydın görünür. Yolda hərəkətin dayanmasına qədər gəlib çıxan bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 
 
Həmin anları oxucularımıza təqdim edirik: 
 
BAKU.WS