SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 13-14 avqustda keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb. İmtahanda III ıxtısas qrupu üzrə ən yüksək nəticəni Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu Əziz Kərimli göstərib.

700 bal toplayaraq tələbə adını qazanan Əziz, ölkədə pandemiya şəraitinin hökm sürdüyü bir zamanda əldə etdiyi bu uğur hekayəsini "Xəzər Xəbər"ə danışıb.

Binəqədi rayonu 276 saylı orta məktəbin məzunu qəbul imtahanlarında 700 bal toplamaqla hələlik builki imtahanların yeganə rekordçusu oldu.

İmtahanın birinci mərhələsində 300 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərən Əziz Kərimli ikinci imtahanda da 400 balla bu uğurunu təkrarlayıb. Bununla da, o, hər iki mərhələnin cəminə görə, maksimum nəticə göstərib.

Əziz Kərimli deyir ki, uğurunun sirri vaxtını düzgün planlaşdırmaqdadır.

Əziz Kərimlinin sözlərinə görə, əslində pandemiya şəraitində imtahanlara hazırlaşmaq o qədər də asan olmayıb. Ancaq o, karantin rejimini özü üçün mənfəətə çevirməyi bacarıb. Xüsusilə də əlavə vaxt qazanmaq baxımından.

Əziz Kərimli müsahibəsini də elə bitirdiyi orta məktəbdə verməyi seçib. O, müəllimlərinə təşəkkür etməyi də unutmayıb...

Əziz deyir ki, 700 bal toplamaq onu arxayınlaşdırmayıb. O, bundan sonra da öz üzərində işləyəcək və hüquqşünaslıq ixtisasını seçərək, bu sahəyə dərindən yiyələnəcək.

BAKU.WS
VİDEO