Bu gün “106 FM" radiosunun 20 yaşı tamam oldu

05
mar
2019
09:19
Bu gün “106 FM" radiosunun fəaliyyətə başlamasından 20 il ötür. Radio öz fəaliyyətinə 1999-cu ilin 5 mart tarixindən başlayıb. Ən son hitləri, gündəlik müsabiqələri və hədiyyələri ilə dinləyicilərin əhvalını yüksəldən “106 FM" bir-birindən maraqlı verilişləri ilə izləyicilərinin rəğbətini qazanıb. Hər iş günü saat 08-00-dan 10-00-a dək “Primetime” verilişi DJ Nailə və Nicatın təqdimatında dinləyicilərə təqdim olunur. Veriliş zamanı hər həftə dünyanın müxtəlif şəhərlərinə biletlər oynanılır. Hər iş günü saat 12-00 dan 14-00-a kimi Dj Validin təqdimatında kinoya biletlər və restorana nahar kuponu əldə etmək mümkündür. 17-30 dan 20-00-a kimi Emin Quliyevin təqdimatında Fond Birjaları və Maliyyə bazarları haqqında analitik “İnvestor” verilişi dinləyiciləri xəbərdar edir. 20-00-dan 21-00 a kimi Dj Yusifin təqdimatında “106 House” verilişində məşhurların həyat və tarixçələrindən bəhs edilir. Şənbə günləri saat 12-00 da Dj Yusif “TOP 20” verilişində həftəboyu səslənən və hit seçilən 20 mahnını dinləyicilərə təqdim edir. Hər gün axşam saat 22-00 da DJ Elax-ın təqdimatında son hitlərin 1 saatlıq miksləri səslənir. “106 FM" radiosu hal hazırda Bakı və Abşeron ərazisində yayımlanmaqdadır.BAKU.WS
Oxşar xəbərlər
Bu gün milli televiziya və radio günüdür
Bu gün Azərbaycan televiziyasının 61 və radiosunun 91 yaşı tamam olur.BAKU.WS xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb və...
