SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının ailələrinə minimum əmək haqqının 40 misli həcmində yardımlar veriləcək.

Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar ediləcək.

“Böyük Qələbənin əldə olunması üçün bir çox həmkarımız qəhrəmancasına şəhid olub. Allahdan onlara rəhmət diləyir, onlarla fəxr edirik”, - deyə məlumatda bildirilir.

BAKU.WS