SİZİN REKLAM BURADA!
055 213 76 73


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb.

BAKU.WS xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 069 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 135 nəfər reanimasiyada, 16 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 37 031 nəfər virusa yoluxub, 34 419 nəfər sağalıb, 543 nəfər vəfat edib.

Bu gün 7 048 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 949 313 test aparılıb.

Qeyd edək ki, bu gün 132 koronavirusa yoluxma faktı qeydə alınıb, 155 nəfər sağalıb, 2 nəfər ölüb.

BAKU.WS