SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən illərin praktikasından hər kəsə məlumdur ki, aşura günü bütün məscidlərdə necə izdihamla qeyd olunurdu. İnsanlar ibadətlərini etdikdən sonra elə məscidlərin həyətində ehsan təşkil olunan qanvermə aksiyasında iştirak edirdilər. Ancaq pandemiya səbəbindən ölkədə kütləvi hər hansı tədbirin keçirilməsi qadağan olunub. Məhz buna görə Qafqaz Müsəlmanları İdarəsi və operativ qərərgahın qərarı ilə qanvermə aksiyası mərkəzi qan bankında və onun filiallarında təşkil olunacaq.

BAKU.WS Baku.tv-yə istinadən xəbər verir ki, bu il vətəndaşlar Mərkəzi Qan Bankında Hemotologiya və Transfiziologiya Mərkəzinə yaxınlaşaraq qan verə biləcəklər. Bir şərtlə ki, vətəndaşlar bütün sosial məsafə qaydalarına riayət edəcək, maska taxacaqlar. Artıq Milli Hematologiya və Transfuziologiya Mərkəzinində qanvermə aksiyası ilə bağlı şöbələr də məlumdur.

Mərkəzi QAN Bankının mütəxəssisi Xəyalə Qafarova mətbuata açıqlamasında bildirib: 

"Qan vermək istəyən vətəndaşların əvvəlcə hərarəti ölçüləcək. Bütün sağlamlıq imkanları yoxlandıqdan sonra qan verəcəklər. Bu işdə əsas məsələ aradakı sosial məsafənin qorunmasına diqqət etməkdir. Bu işdə bizə könüllülər və polis əməkdaşları da yardım edəcək."

Həmçinin bölgələrdə yaşayıb, bu aksiyada iştirak etmək istəyənlər üçün regional ərazilər də müəyyənləşdirilib:

"Ötən il aksiyada 4-5 min insan iştirak etmişdi. Bu il də bu rəqəmlər ətrafında bütün qabaqlayıcı tətbirlər görülüb. Regionlara gəldikdə, Şirvan, Gəncə, Mingəçevir, Sumqayıt, Bərdə, Lənkəran bölmələrinə müraciət edərək qanlarını bağışlaya bilərlər," -deyə Xəyalə Qafarova əlavə edib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi Operativ Qərargahın qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsini, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsini qadağan edib, məscidlərin fəaliyyəti dayandırılıb. Avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar Aşura günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir. Hər kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq. Qeyd edək ki, bu il Aşura günü avqustun 30-a təsadüf edir.

BAKU.WS
VİDEO