SİZİN REKLAM BURADA!
055 213 76 73


Blogerlik dünya ölkələrində olduğu kimi Azərbaycanda da məşhurlaşan peşələrdən birinə çevrilib.

Müəyyən bir sahə haqqında kontent hazırlayan, sosial şəbəkələrdə onu ən gözəl şəkildə təqdim edən və böyük kütləyə sahib olan şəxslər blogerlər adlanırlar.

Blogerlərin bir çox istiqamətləri mövcuddur: dəb, makiyaj, life style (həyat tərzi), DIY (əl işləri) və s. Azərbaycanda tanınmış, sahəsi üzrə kifayət qədər professional və yüz minlərlə izləyicisi olan blogerlərdən biri də Aytən Fərzəliyevadır. O, "Instagram" və "YouTube" üzərindən paylaşımları, hazırladığı maraqlı foto və videoları ilə 362 mindən çox izləyici toplamağı bacarıb.

Aytən Fərzəliyeva öz paylaşımları zamanı xanımlara dəbə uyğun geyinib-keçinmək, paltar alarkən hansı məsələlərə diqqət etmək, uşaqları düzgün qidalandırmaq barədə öz məsləhətlərini verir.

Bundan əlavə A.Fərzəliyeva xanımlarla hansı tərzin daha düzgün olması, hansı rəngin və paltarın bir-birilə uyğun gəlməsi barədə fikirlərini də bölüşür. O, həmçinin müxtəlif yeməklərin hazırlanmasında da öz təcrübələrini paylaşır. Bu günə kimi Aytən Fərzəliyeva 362 min izləyicinin rəğbətini qazanıb ki, onlar üçün daim fəaliyyət göstərir.

5 ildən çox müddətdə sosial şəbəkə üzərindən fəaliyyət göstərən A. Fərzəliyeva 2017-ci ildə Azərbaycan üzrə “Pantene gözəli” seçilib. Azərbaycandan “Pantene Altın Kelebek” mükafatına gedən ilk influencer Aytən Fərzəliyeva olub. O, “Pantene” şirkətinin elan etdiyi “gözəl saç” müsabiqəsinə qatılıb və qalib olub.

Qeyd edək ki, Aytən Fərzəliyeva 2 sentybar 1993-cü ildə Bakıda anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakütləsini bitirib. Fotoqraf Həmid Həmidli ilə ailə həyatı qurub, bir övladı var.

instagram: https://www.instagram.com/by_AitanFarzaliyeva/

BAKU.WS
QALEREYA