SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusa qarşı plazma müalicəsi üçün təcili tapşırıq verdiyini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Tramp plazma müalicəsinin “tarixi bir müvəffəqiyyət” olduğunu açıqlayıb.

Ağ Evdə mətbuat konfransı zamanı D.Tramp plazmanın COVİD-19 xəstələri üçün çox önəmli olduğunu vurğulayıb.

Prezident koronavirusdan sağalan xəstələri qan banklarına plazma bağışlamağa çağırıb.

Donald Tramp çıxışı zamanı verilən hər bir plazmanın başqa birinin həyatını xilas edəcəyini söyləyib:

“Verdiyiniz hər bir plazma başqa yerlərdəki həyatları xilas edəcək”.

Həmçinin Tramp yaxın vaxtlarda “COVİD-19”la əlaqədar yaxşı xəbərlər verəcəyini bildirib.

BAKU.WS