SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə koronavirusa yoluxmuş şəxsə immun plazma müalicəsi tətbiq edilib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu müalicə koronavirusa yoluxub sağalan şəxsdən alınan plazmanın koronavirusa yoluxan şəxsə vurulması ilə baş tutur.

Müalicənin aparılması üçün 56 yaşlı bir xəstə könüllü olub.

İnönü Universitetinin rektoru Əhməd Kızılayın sözlərinə görə, 5 apreldə immun plazma müalicəsinə başlanılan həmin xəstə artıq tamamilə sağalıb:

“Plazma vurulduqdan 72 saat sonra xəstədə müsbət dəyişikliklər görülməyə başlandı. Artıq 10 gündən sonra xəstəni süni nəfəs aparatından ayırdıq. İndi xəstə koronavirusdan tam sağalıb. Lakin uzun müddət aparata bağlı qaldığı üçün əzələləri gücsüzləşib. Bundan sonra bir həftə fizioterapiya müalicəsi alacaq”.

Rektor sözlərinə əlavə edib ki, hazırda immun plazma müalicəsi ilə bağlı əldə edilən nəticələr araşdırılır:

“Elmi araşdırmalarımız davam edir. Sınaqlar davam edir. Yaxın zamanda yekun qərar veriləcək ki, hansı xəstələrdə bu müalicənin aparılması daha uyğundur. Plazma götürülən şəxslər müəyyən kriteriyalara uyğun seçiləcək. Koronavirusdan sağalan şəxslərdən plazma bağışlamalarını gözləyirik. Bağışlanan plazmaları 5 il müddətinə saxlamaq mümkündür”.

 

BAKU.WS