SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 23-də Bakı şəhər sakini S. Məlikova məxsus "Hyundai" markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS