SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünya şöhrətli bəstəkar Qəmbər Hüseyinlinin Gəncə şəhərində yerləşən qəbrüstü abidəsi və həmin ərazi artıq bir neçə gündür ki, çəpərə alınıb.

Ərazidə yaşayan sakinlərin BAKU.WS-in bölgə müxbirinə bildirdiyinə görə, ərazidə hansı işlərin aparılacağı ilə bağlı onlara heç bir məlumat verilmir. Sakinlərin iddiasına əsasən, ərazidə hündür mərtəbəli binanın tikintisi aparıla bilər. Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti Aparatından BAKU.WS-in bölgə müxbirinə açıqlama verilib. Açıqlamada bildirilir ki, abidə və ətraf ərazi abadlıq işləri üçün çəpərlənib.

"Qəmbər Hüseyinlinin məzarının ərazidən köçürülməsi ilə bağlı məlumatlar tamamilə yalandır. Tədbirlər planına uyğun olaraq burada abadlıq işləri aparılacaq. Bu baxımdan ərazi çəpərlənib. Yenə təkrar edirəm, qəbirüstü abidənin ərazidən götürüləcəyi ilə bağlı yayılan məlumatlar tamamilə şayiədir. Abadlıq işlərindən sonra ərazi yenidən açıqlacaq", - deyə İcra Hakimiyyəti rəsmisi İlqar Əsədov qeyd edib.


BAKU.WS
QALEREYA