SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə saç ustası qətlə yetirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə şəhərində qeydə alınıb. Şəhər ərazisində fəaliyyət göstərən kişi salonunda işləyən Məmmədov Ceyhun Hüsü oğlu iş yerində öldürülüb. İlkin məlumata görə, onu yanında təcrübəçi kimi çalışan şəxs qayçı ilə qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanıb.

Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKU.WS