SİZİN REKLAM BURADA!
055 213 76 73


Göygöldə bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Belə ki, 29 yaşlı Rəvanə Novruzova Tofiq qızı qarından aldığı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 29 yaşlı N.Rəvanə qonşu qadın tərəfindən bıçaqlanıb.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.

BAKU.WS