SİZİN REKLAM BURADA!
055 213 76 73


Əlilliyi olan şəxslərin hüquqlarının artırılması ilə əlaqədar bir sıra qanunlara dəyişikliklər təklif edilir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, “İnzibati icraat haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər. Bu halda ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) tərcüməçi hesab olunacaqlar.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilməyəcək.

BAKU.WS