SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mayın 1-də saat 18 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Quliyev idarə etdiyi “İkarus” markalı avtobusla Yardımlı rayon sakini Səbirə Bağışovanı vurub və nəticədə qadın hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

BAKU.WS