SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Abdullayev Nəbi Səyyad oğlunu “VAZ-2106” markalı minik avtomobili vurub.

N. Abdullayev xəstəxanaya yerləşdirilib.

Piyadanın vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS