SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucovun saat 12:00-a olan səsvermənin gedişi və nəticələri barədə məlumatı açıqlayıb.

Onun sözlərinə görə, respublika üzrə seçici fəallığı 898452 nəfər təşkil edib və seçici fəallığı 18,07 faiz olub.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə prosesinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

BAKU.WS