SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı "VAZ 2121" ("Niva") markalı avtomobilində tapança ilə güllələnib.

Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bundan başqa, "Niva" markalı avtomobildə daha bir nəfər - sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb.

İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

BAKU.WS