SİZİN REKLAM BURADA!
055 213 76 73


"Binə" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Binə ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 1:10-da daxil olub.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.

Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb.
BAKU.WS