"Binə” ticarət mərkəzində ayaqqabı mağazaların birində yanğın olub.

BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. 

***09:17 

Lökbatan qəsəbəsindəki Binə ticarət mərkəzində yerləşən mağazaların birində yanğın baş verib.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub. 

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində Binə ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

BAKU.WS


VİDEO

QALEREYA