SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlı müğənni "Novaya Fabrika Zvyozd" (Yeni Fabrik Ulduzu) layihəsinin finalçısı Elman Zeynalov Moskvada yaşayan koreyalı model Marqarita Soyla eşq yaşayır. 

BAKU.WS 
xəbər verir ki, model Elmanla birlikdə Parisdə çəkdirdiyi mehriban fotoları öz "İnstagram" hesabında paylaşıb.

Marqarita Soy gözəllik salonunun sahibidir və model fəaliyyəti göstərir. 

O, "Dom-2" realiti şounun iştirakçısı Maksim Vaytexovskinin keçmiş həyat yoldaşıdır.

Elman Zeynalov Sumqayıtda doğulub, sonra isə ailəsi ilə birlikdə Rusiyanın Rostov şəhərinə köçüb. Rusiyanın Muz TV kanalında yayımlanan "Novaya Fabrika Zvyozd" (Yeni Fabrik Ulduzu) layihəsində iştirakından sonra bütün Rusiyada məşhurlaşıb.

Aysel
BAKU.WS
QALEREYA