SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Vladimir Zelenski vəzifəsinin icrasına başladığından bəri bir sıra qurumlarda apardığı kadr islahatlarını davam etdirir.

BAKU.WS “Gazeta.ru”ya istinadən xəbər verir ki, Zelenski dünən 22 bələdiyyə sədrinin işdən çıxarılması ilə bağlı qərar imzalayıb.

İşdən çıxarılanlar arasında Obolon, Xarkov, Peçersk bələdiyyə sədrləri də var.

Xatırladaq ki, Zelenski son bir həftədə 2 yüksək vəzifəli məmuru iclasdan qovmuş və işdən çıxarmışdı.

Bundan başqa, Ukraynanın 12 ölkədəki səfirini də dəyişib.
BAKU.WS