SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.

Bəyanatda beynəlxalq ictimaiyyət, BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı soyqırımla bağlı lazımi reaksiya verməyə çağırılıb: "Türkiyə azərbaycanlı qardaşlarımızın 27 il əvvəl Xocalıda üzləşdiyi vəhşiliyi və qətliamı qəlbimizin ən dərin yerində hiss edireik, onların kədərinə şərikik. Ermənistan silahlı qüvvələrinin törətdiyi bu qətliam və Azərbaycan torpaqlarının illərdir davam edən işğalını qətiyyətlə pisləyirik”.

Bəyanatda qeyd edilib ki, insanlıq tarixinin qara səhifələrindən olan Xocalı qətliamının nəticələri bu gün bölgədə sülhün, asayişin bərqərar olmasıına təhlükə olmaqda davam edir: “Mülki şəxslərə qarşı törədilən bu amansız vəhşilik və davam edən işğalçılıq siyayəti nəticəsində bir milyona yaxın azərbaycanlı qardaşımız yurd-yuvalarından didərgin düşüb, 25 ildən çoxdur, qaçqın və məcburi köçkün həyatı yaşayır”.

Hadisənin şahidləri və zərərçəkənlərinin həyatda olduğu, Xocalıda yaşananların tarixi yox, bu günün acı reallığı olduğu qeyd edilən bəyanatda insanlıq adına qara ləkə olan belə hadisələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət və dünya birliyi lazımi addımlar atmağa çağırılıb: “Bu haqlı mübarizədə Azərbaycan xalqı ilə həmrəyik. Hadisənin günahkarlar beynəlxalq hüquq qarşısında cavab verməli, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından ən qısa vaxtda çıxmalıdır”.

BAKU.WS