SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində svetoforun iş rejimində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, belə ki, artıq kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər.

Dəyişiklik, vətəndaşların Bakı Nəqliyyat Agentliyinə ünvanladığı çoxsaylı müraciətləri nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədini daşıyır.

BAKU.WS