SİZİN REKLAM BURADA!
055 213 76 73



FETÖ-nün Azərbaycandakı məsul şəxsi, 2016-cı ildə bağlanan “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi saxlanılıb.

BAKU.WS 
Türkiyə mətbuatına istinadən xəbər verir ki, barəsində 2 il əvvəl həbs qərarı çıxarılan İbrahim E iki ölkənin hüquq-mühafizə orqanlarının birgə səyi nəticəsində ələ keçib.

Belə ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İbrahim E.-nin yerini təsbit etdikdən sonra bu barədə Azərbaycan tərəfini məlumatlandırıb.

FETÖ-çü MİT-in dəstəyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılıb və ötən həftə iki azərbaycanlı polisin müşayiəti ilə İstanbula aparılaraq Türkiyə dövlətinə təhvil verilib.

BAKU.WS