055 213 76 73
Bakının mərkəzi rayonlarında əhaliyə verilən elektrik enerjisində fasilələr yaranıb.
Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat daxil olub. Bildirilir ki, Nizami, Yasamal, Səbail rayonu ərazisində işıqlar sönüb.
Məsələyə aydınlıq gətirmək üçün "Azərişıq" ASC ilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında məlumatı təsdiqləyib.
“Problem yaranıb, bəzi yerlərdə işıqlar sönüb. Hazırda hadisə barədə dəqiq informasiya əldə etməyə çalışıram”, - deyə Tanrıverdi Mustafayev bildirib.
Ziya SƏCCAD
BAKU.WS