SİZİN REKLAM BURADA!
055 213 76 73



İyunun 10-da Volkswagen-nin Azərbaycanda yeganə rəsmi distributoru Volkswagen Bakı Mərkəzi tərəfindən jurnalistlər və tanınmış simalar üçün tədbir təşkil edilmişdir.

İyunun 10-da Amburan Beach Club-da keçirilmiş axşamda şirkət nümayəndələri, tanınmış simalar və öndə gedən jurnal və informasiya portallarının nümayəndələri dəvət olunmuşdu. Qonaqlar arasında Hacı Nuran, Cavid Gül, Azər Zahid, Dj Tural, bir sıra informasiya saytlarının nümayəndələri iştirak edirdi.

 5 İL PULSUZ SERVİS, 5 İL ZƏMANƏT

Volkswagen Bakı Mərkəzi öz müştəri yönümlü siyasəti və çox unikal kampaniyaları ilə hər zaman avtomobil sürücülərini və müştərilərini sevindirir. “5 il Tam Pulsuz Servis” kampaniyası da bu yönümdə yeganə təkliflərdən biridir. Beləki, 2018-ci il istehsalı Volkswagen Passat avtomobili ölkədə görünməyən şərtlərlə, 5 il və ya 150 min km-ə qədər tam pulsuz servis xidməti ilə təklif olunur. Pulsuz servis dedikdə bütün ehtiyat hissələri, servislər və usta haqqı nəzərdə tutulur. Sürücülərə yalnız avtomobilə yanacaq doldurmaq və vaxtı vaxtında avtomobili servisə gətirmək qalır.
 
Qonaqlara yeni Volkswagen Passat modeli ilə əyani tanış olmaq imkanı yaradıldı. Bildirildi ki, tam yeni Passat 1,8 litr, 180 at gücündə mühərrik ilə təchiz edilmişdir. 7 pilləli sürət qutusu ilə təchiz edilən Passat 100 km/saat sürətinə 7,7 saniyədə çata bilir. Eyni zamanda, 8.1 düym ekran, Bluetooth və hətta səs ilə idarə etmə sistemi artıq baza təchizatında təklif olunur. “Active İnfo Display” məlumat paneli, təkmilləşdirilmiş 360 dərəcəli dairəvi görünüş sahəli Passat Volkswagen-in çox sərfəli və etibarlı modeli olduğunu göstərir.
 
Volkswagen Passat öz premium seqmentində çox əlverişli qiymətə, 53900 manatdan başlayan qiymətlərlə təklif olunur, bu isə onu rəqibləri arasında ən sərfəli edir. Avtomobil əsasən 3 komplektasiyada - Passat Comfortline, High-line və R-line komplektasiyasında təqdim olunur.
Təqdimat şam yeməyi və fotosessiyalarla davam etdi. Məhşurlara şirkət tərəfindən korporativ hədiyyələr paylanıldı.

Daha ətraflı məlumat üçün: *7788
(+994 12) 555 77 88

www.volkswagen.az
https://www.facebook.com/VolkswagenAZ
https://www.instagram.com/volkswagen_azerbaijan/