SİZİN REKLAM BURADA!
055 213 76 73


Noyabrın 5-i saat 14:40-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini artilleriya atəşinə tutmaqda davam edir.

BAKU.WS "report"a istinadən xəbər verir ki, düşmən tərəfindən rayonun Hacıturallı və Əfətli kəndləri ərazisinə ümumilikdə 10-a yaxın top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür.

BAKU.WS