SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə “fed.az”a Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/71954


Kənd Təsərrüfatı Nazirliyində iki yeni təyinat olub.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Nazir İnam Kərimovun imzaladığı əmrə əsasən, Etibar Muradlı Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71974


Rusiyada yaşayan tanınmış iş adamı Əlişah Süleymanov avtomobil qəzasında ölüb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, iş adamının içində olduğu “Toyota Land Cruiser” yolda aşıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/71979


Ötən gün Bakıda intihar etmək istəyən qadın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən son anda xilas edilib.

Vətəndaşla psixoloji söhbətlərin aparılması nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71984


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon görüşməsi baş tutub.

BAKU.WS “Takvim”ə istinadən xəbər verir ki, söhbət zamanı Suriyanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində iki dövlətin də həmfikir olduğu vurğulanıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/71985


Bu ilin sentyabr ayında Abşeron rayon sakini Qəhrəmanlı Fuad Əli oğlunun yetkinlik yaşına çatmayan qızları Sənay və Selcan Qəhramanlıya, eləcə də arvadı Zümrüd Qəhrəmanlıya qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə Selcan Qəhrəmanlının sosial şəbəkə hesabında və kütləvi informasiya vasitələrində yayılan məlumatlar geniş ictimai rezonansa səbəb olub.

Göstərilən faktların tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 133.2.1 (iki və ya daha çox şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddələri ilə cinayət işi başlanıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/kriminal/71995


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 19-da keçirmək istədiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71998


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/72004
BAKU.WS