SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada yaşayan tanınmış iş adamı Əlişah Süleymanov avtomobil qəzasında ölüb.

BAKU.WS
Rusiya mətbuatına istinadən xəbər verir ki, iş adamının içində olduğu “Toyota Land Cruiser” yolda aşıb.

Əlişah Süleymanov sərnişin oturacağında olub. Hadisə nəticəsində o, yerindəcə keçinib.

Qəzanın baş verməsinə gəlincə, məlum olub ki, 43 yaşlı sürücü naməlum səbəbdən idarəetməni itirib və maşın yoldan çıxıb. Sürücünün özü isə xəsarət alıb.

Qeyd edək ki, Əlişah Süleymanov Azərbaycanda doğulub. Azərbaycanda Memarlıq və İnşaat İnstitutunu bitirib. 90-cı illərdə Çelyabinsk vilayətinə köçüb.

2000-ci ildə “Ruslada” şirkətini yaradıb. Onun yaratdığı şirkət sonradan MDB-də ən böyük qənnadı fabrikinə çevrilib.

Ailəlidir, 3 övladı var.
BAKU.WS
QALEREYA