Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyev “2019-2020-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” Əmr imzalayıb.

Verilən məlumata görə, sənəddə 2019-2020-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/71444


Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Samux rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini təyin olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71449


İctimai Televiziyanın “3D” adlı layihəsində aparıcı Dadaş Dadaş oğlu Dadaşlinskinin bu dəfəki qonağı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev olub.

BAKU.WS xəbər verir ki, verilişə qonaq gələn qurum rəsmisi efirdə iynəli atmacaların qurbanı olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/video/71452


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanı qəbul edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71471


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov açıq ürək əməliyyatı keçirib.

BAKU.WS xəbər verir ki, o, ürək damarlarında yaranan tıxanmalara görə əməliyyat edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/71476


Azərbaycan hökuməti yeni viza növünün - “Start-up VISA”ın tətbiqinə hazırlaşır.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, artıq bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Dövlət Miqrasiya Xidməti (DMX) arasında müzakirələr aparılır.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/71478


“Metrodan istifadə edən hər bir sərnişin bir neçə vizual, biometrik yoxlamadan keçməklə platformaya daxil olur. Elektron mühafizə şəbəkəsi vasitəsilə, eskalatorlarda, platformalarda, metro vaqonlarında belə sərnişinlərin təhlükəsizliyinə fasiləsiz nəzarət var”.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev millət vəkili Aytən Mustafayevanın iddialarına cavab olaraq bildirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/71492


BAKU.WS