SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

BAKU.WS xəbər verir ki, Nazirlər Kabineti “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin Azərbaycandan keçəcək hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə” qərar verib.

BAKU.WS xəbər verir ki, qərara əsasən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən Ələt-Qasımlı hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70596


Azərbaycan iqtisadiyyatına indiyədək 260 mlrd. ABŞ dollarından artıq investisiya qoyulub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat nazirin müavini Sahib Məmmədov Sahibkarlığın İnkişafı Fondunun və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycan ofisinin təşkilatçılığı ilə reallaşan “Ağıllı körpü” layihəsinin başa çatmasına dair keçirilən tədbirdə çıxış edərkən bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatına qoyulan investisiyaların 50%-i xarici investorların payına düşüb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/70598


Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu ölkənin Baş naziri Giorgi Qaxaria ilə görüş keçirib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70610


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransa Respublikasının ölkəmizdəki səfirliyinə gələrək, Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/70616


Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Daha ətraflı məlumat bu linkdə -  https://baku.ws/kriminal/70628


Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.

Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov cari il oktyabrın 1-dən pensiyanın minimum məbləğinin 200 manata çatdırılmasının 750 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70629

BAKU.WS